Dünya Çempionatı-2018: İspaniya və Portuqaliya növbəti mərhələdə

26-06-2018, 08:15           
Dünya Çempionatı-2018: İspaniya və Portuqaliya növbəti mərhələdə
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. “B” qrupda sonuncu turda İran-Portuqaliya və İspaniya-Mərakeş görüşləri keçirilib. “B” qrupunda səkkizdəbir finala yüksəlmək uğrunda üç komandanın – İspaniya və Portuqaliya ilə yanaşı, İranın da şansı olduğundan gözlənildiyi kimi oyun gərgin keçib. Portuqaliya İran qarşılaşmasında hesabı avropalılar açıb. Portuqaliyanın matçın 53-cü dəqiqəsində hesabı artırmaq şansı olsa da, Kriştiano Ronaldo penaltini qola çevirə bilməyib. İran millisinin qapıçısı Alireza Beyranvard Ronaldonun zərbəsini dəf edib.

Oyunda son qol isə İran millisindən gəlib. Portuqaliyanın qapısına təyin olunan penaltini asiyalılar dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

“B” qrupunun digər oyununda İspaniya Mərakeş komandaları üz-üzə gəlib. Bu qarşılaşma da 2:2 hesablı bərabərliklə başa çatıb. Amma qazandıqları 1 xal İran və Mərakeşi qrupdan çıxara bilməyib.

Beləliklə, Uruqvay və Rusiyanın ardınca İspaniya və Portuqaliya da 1/8 finala yüksəlib. Uruqvay növbəti mərhələdə B qrupunun 2-cisi Portuqaliya, Rusiya isə B qrupunun 1-cisi İspaniya ilə qarşılaşacaq.(Modern.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.