“Qarabağ”ın yeni legioneri azarkeşi ölümlə hədələyib

26-06-2018, 09:16           

“Lans”ın yarımmdafiəçisi Abdullah Zubirin transferi “Qarabağ”a 1 milyon avroya başa gəlib.

APA xəbər verir ki, bu barədə məlumatı Fransa klubunun azarkeş saytı yayıb.

Bildirilir ki, onun müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, Azərbaycan çempionu bu keçid müqabilində təzminat ödəyib. Mərakeş əsilli futbolçu “Lans”ın aparıcı simalarından biri olub. 2016-cı ilin yayında “Petrolul”dan Fransaya qayıdan Zubir iki il bu komandanın formasını geyinib. O, ötən mövsüm meydana çıxdığı 34 qarşılaşmada 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Zubirin “Lans”dan ayrılmasının əsas səbəbi kimi isə onun yerli azarkeşlərlə arasındakı münaqişə göstərilir. Belə ki, 27 yaşlı futbolçu “lensois” fan-klubunun üzvləri ilə problem yaşayıb və fanatlardan birini ölümlə hədələyib. Doğrudu, sonradan məsələyə qarışan klub rəhbərliyi tərəfləri barışdırmağı bacarıb. Lakin məhz bu hərəkətdən sonra Zubirlə bağlı vəziyyətin dəyişdiyi vurğulanıb.

Qeyd edək ki, Lill şəhərində anadan olan Abdullah Zubir hücumameyilli yarımmüdafiəçidi və əsasən sağ ayağı işləkdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru