Argentina prezidenti futbolçu Roxoya qələbə qoluna görə minnətdarlıq edib

27-06-2018, 08:39           
Argentina prezidenti futbolçu Roxoya qələbə qoluna görə minnətdarlıq edib
Argentina prezidenti Maurisio Makri milli komandanın müdafiəçisi Markos Roxoya Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda III tur qarşılaşmasında Nigeriya üzərindəki qələbə qoluna görə minnətdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

"Sağ olun oğlanlar! Mən səni çox sevirəm Roxo, əzizim!", - deyə o, "Twitter"də yazıb.

Futbol üzrə dünya çempionatında D qrupunda III tur qarşılaşması çərçivəsində Argentina yığması Sankt-Peterburqda, eyniadlı stadionda keçirilən matçda Nigeriya komandası üzərində 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmada qələbə topunu 87-ci dəqiqədə Markos Roxo vurub.

Hazırda D qrupunda ilk yerdə 9 xalla Xorvatiya yığması qərarlaşıb. Xorvatlar 1/8 finalda Danimarka komandası ilə qarşılaşacaqlar. Dörd xal toplayan Argentina komandası isə mundialın pley-ofunda Fransa yığmasına qarşı oynayacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru