Dünya çempionatında şok - Almaniya qrupda qaldı+Fotolar

27-06-2018, 22:28           

Bu gün dünya çempionatında daha 4 qarşılaşma baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə F qrupunda son oyunlar keçirilir.

Bu qrupda lidere Meksika İsveçlə üz-üzə gəlir. Şimali amerikalılara qrupu birinci başa vurmaq üçün heç-heçə də kifayət edir. İsveçə isə növbəti mərhələdə adlaması digər oyundan asılı olacaq.
Qrupun digər matçında isə Cənubi Koreya və Almaniya üz-üzə gəlir. İsveç kimi Almaniyanın da taleyi təkcə özündən asılı deyil. Lakin Yoahim Lövün komandası qələbə qazanarsa, böyük ehtimalla 1/8 finala adlayacaq. Cənubi Koreyanın da şansları bitməyib. Onlar da qələbə sayəsində digər oyunun nəticəsindən asılı olaraq son 16 komanda arasına qala bilər.

Dünya çempionatı, 2018

3-cü tur

F qrupu

18:00. Meksika – İsveç

18:00. Cənubi Koreya – Almaniya

***

Hər iki matç başladı.

***

Meksika - İsveç oyununda fasilə

***

Cənubi Koreya - Almaniya oyununda fasilə

***

Hər iki matçda ikinci hissələr başladı

***

Auqustinsson 51-ci dəqiqədə Meksikanın qapısına yol tapır. Meksika - İsveç 0:1.

***

Qrankvist 62-ci dəqiqədə hesabı 2:0-a çatdırır

***

74-cü dəqiqədə Alvares avtoqol müəllifi olur. Meksika - İsveç 0:3

***

Cənubi Koreya 90+4-də Almaniyanın qapısına yol tapır. Kim Yanq fərqlənir. Cənubi Koreya - Almaniya 1:0

***

Cənubi Koreya Almaniyanın qapısına 2-ci topu vurur. Son 90+6-da fərqlənir. Cənubi Koreya - Almaniya 2:0

***

Matçlar başa çatdı. Bu nəticələrdən sonra Almaniya qrupda qalır. Növbəti mərhələyə isə İsveç və Meksika adlayır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru