"Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb

28-06-2018, 08:18           
"Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb
"Neftçi” klubu futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/2019-cu illər mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb.

Yeni müqaviləyə görə, Hacıyev 2019/2020 –ci illər mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

Azərbaycan millisinin də üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.

Bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yenilənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru