Yoahim Löv Almaniyanın qrupda qalması barədə

28-06-2018, 09:02           
Yoahim Löv Almaniyanın qrupda qalması barədə
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Cənubi Koreyaya qarşı keçirilən matçda komandanın 0:2 hesabı ilə məğlub olmasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu nəticəyə əsasən Almaniya millisi dünya çempionatları tarixində ilk dəfə olaraq qrupda qalıb.

“Əlbəttə ki, 1/8 finala çıxa bilmədiyimizə çox məyusuq. Rəqib komandanı təbrik edirik.

Yenidən dünya çempionu olmağa layiq deyildik, heç pley-off-a düşməyə belə layiq deyildik”, - deyə 58 yaşlı mütəxəssis bildirib.

Löv qeyd edib ki, yetirmələri real qol anlarından soyuqqanlı şəkildə yararlana bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru