Sarı vərəqə alıb, mundialın tarixinə düşdü

28-06-2018, 09:38           

Rusiyada keçirilən dünya çempionatında daha bir rekord qeydə alınıb.

teref.az qol.az-a istinadən xəbər verir ki, 3-cü turda keçirilən Meksika - İsveç matçında mundiallar tarixinin ən erkən sarı vərəqəsi göstərilib.

Matçın start fitindən 15 saniyə sonra Meksika millisinin üzvü Xesus Qalyardo rəqib futbolçusu Ole Toyvonenə qarşı kobud oynayıb. Görüşün baş hakimi buna görə futbolçuya rəsmi xəbərdarlıq edib.

Xatırladaq ki, Meksika - İsveç oyunu ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru