DÇ-də Portuqaliyaya qol vuran azərbaycanlı danışdı - "Ərdəbilli və türk olmağımla fəxr edirəm"

29-06-2018, 12:22           
DÇ-də Portuqaliyaya qol vuran azərbaycanlı danışdı - "Ərdəbilli və türk olmağımla fəxr edirəm"
Ərdəbilli və türk olmağımla fəxr edirəm.

Axar.az xəbər verir ki, bu sözləri İran millisinin azərbaycanlı futbolçusu Kərim Ənsarifərd İran televiziyasına danışarkən deyib.

“Mən ərdəbilliyəm və bununla həmişə fəxr etmişəm. Oturub-durduğum hər yerdə türk olduğumu, Ərdəbil uşağı olduğumu vurğulamışam”, - o bildirib.

Qeyd edək ki, azərbaycanlılar arasında “Kərim Savalan” və ya “Kərim Türkoğlu” kimi tanınan Kərim Ənsarifərd hazırda Yunanıstanın ”Olimpiakos” klubunda oynayır. Son günlər Türkiyənin “Fənərbaxça” klubunun onu öz heyətinə cəlb etmək istəyi ilə bağlı xəbərlər yayılıb.

Kərim Ənsarifərd DÇ-nin qrup mərhələsində Portuqaliya millisinin qapısına qol vurmuşdu.
[media=https://www.youtube.com/watch?v=UXWn1pMov6o]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.