Mesut Özil irqçi münasibətə görə Almaniya yığmasında karyerasını başa vurub

23-07-2018, 06:00           
Mesut Özil irqçi münasibətə görə Almaniya yığmasında karyerasını başa vurub
Londonun "Arsenal" futbol komandasının yarımmüdafiəçisi Mesut Özil Almaniya milli komandasında karyerasının başa çatdığını elan edib.

"Report" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

Bildirilir ki, futbolçu bununla bağlı açıq məktubunu yayıb. O, Almaniya Futbol İttifaqı (DFB) tərəfindən qəbul olunmuş qərarda irqçilik təzahürlərini göstərib.

Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fotosu alman fanatları tərəfindən tənqidlərə məruz qalıb. DFB rəhbəri Raynhard Qrindel yaranmış vəziyyətdən sonra onu yanına çağırıb.

"Son hadisələrlə əlaqədar uzun götür-qoydan sonra ürək ağrısı ilə Almaniya yığmasında daha oynamamağa qərar verdim. Çünki mən öz ünvanıma irqçi və hörmətsiz münasibət hiss edirəm" – deyə futbolçu özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, futbolçunun Türkiyə prezidenti ilə fotosu tənqidlərə səbəb olub. Lakin Özil tənqidlərə cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru