Avropa Liqasının bombardiri oğurlanıb

8-08-2018, 21:38           
Avropa Liqasının bombardiri oğurlanıb
Latviyanın "Ventspils" klubunun futbolçusu Adeleki Akinemi oğurlanıb.

"Report"un məlumatına görə, bu barədə Ventspils şəhərinin eyni adlı təmsilçisinin rəsmi saytında bəyanat yerləşdirilib. Bildirilir ki, 20 yaşlı negiriyalı hücumçu klubun bazasına dönməyib və onun harada olduğu bilinmir: “Futbolçu qanunsuz olaraq, klubun bazasını və şəhəri tərk edib. Son 10 gündə bir neçə şəxs aktiv şəkildə kluba mesajlar yazıb. Təxmin edirik ki, bu cinayətin arxasında təşkilatlanmış qrup dayanır. Bizim futboçunu geri qaytarmaq tələbinə cavab olaraq, həmin şəxslər kluba təzyiq göstərir və şantaj edirlər. Adelekinin “Ventspils”də çıxışı ilə diqqətləri öz üzərinə cəlb etməsindən sonra digər klubların oyunçumuza olan marağı artıb. Futbolçumuzun onun satışından pul qazanmaq məqsədi oğurlanmasından əminink”.

"Ventspils" hadisə ilə əlaqədar polisə müraciət edib. Klub həmçinin FİFA və UEFA-nı işə cəlb etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Adeleke Akinyemi Avropa Liqasının 2018/2019 mövsümündə bombardirlik yarışına başçılıq edir. O, I təsnifat mərhələsində Albaniyanın “Lyuftetari” komandası ilə hər iki oyunda het-trikə imza atıb (5:0, 3:3). Nigeriyalı forvard II raundda Fransa təmsilçisi “Bordo”nun qapısından isə bir top keçirib (0:1, 1:2).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.