UEFA Lionel Messi və Kriştianu Ronaldunu ən yaxşı hücumçu adına namizədlər sırasına daxil edib

9-08-2018, 20:55           
UEFA Lionel Messi və Kriştianu Ronaldunu ən yaxşı hücumçu adına namizədlər sırasına daxil edib
UEFA Çempionlar Liqasının (ÇL) 2017/2018 mövsümü üçün mövqelər üzrə ən yaxşı futboçu adına namizədlər açıqlanıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda hər mövqe üzrə 3 oyunçu yer alıb.

Qapıçılar: Alisson Bekker (“Roma”/ “Liverpul”), Canluici Buffon (“Yuventus” / PSJ), Keylor Navas (“Real Madrid”)

Müdafiəçilər: Marselo, Serxio Ramos, Rafael Varan (hamısı “Real Madrid”)

Yarımmüdafiəçilər: Kevin de Brüne “Mançester Siti”, Toni Kroos, Luka Modriç (hər ikisi “Real Madrid”)

Hücumçular: Lionel Messi (“Barselona”), Kriştianu Ronaldu (“Real Madrid” / “Yuventus”), Məhəmməd Salah (“Liverpul”)

Qeyd edək ki, qaliblər avqustun 30-da ÇL-in 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru