Makqreqor-Nurməhəmməd döyüşünün biletləri 3 dəqiqəyə satılıb

18-08-2018, 07:22           
Makqreqor-Nurməhəmməd döyüşünün biletləri 3 dəqiqəyə satılıb
İrlandiyalı Konnor Makqreqor və rusiyalı Həbib Nurməhəmməd arasında "UFC229" turniri çərçivəsində baş tutacaq döyüşün biletləri 3 dəqiqə ərzində satılıb.

“Report” xəbər verir ki, bu barədə "Dublin Live" nəşri yazıb.

Biletlərin qiyməti 205-2505 dollar təşkil edib.

Döyüş oktyabrın 6-da Las-Veqasda (ABŞ) keçiriləcək. Turnirin keçiriləcəyi arena 20 min nəfərlik yer tutumuna malikdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.