3 qızıl medal qazanan gimnastımız: "Həmişə birinci yeri tutmağa çalışacağam"

19-08-2018, 17:49           
3 qızıl medal qazanan gimnastımız: "Həmişə birinci yeri tutmağa çalışacağam"
"Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirdə qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm".
"Ölkə.Az" xəbər verir ki, bunu Trend-ə turnirdə 2011-ci il təvəllüdlü gimnastlar arasında sərbəst, halqa ilə hərəkətlər və çovnövçülük yarışında qalib olan "Ocaq Sport" klubunun nümayəndəsi Azadə Atakişiyeva deyib.

O, Milli Gimnastika Arenasında ilk dəfə çıxış etdiyini bildirib: "Bura çox xoşuma gəldi. Doğmalarım da məni dəstəkləməyə gəlmişdilər. Biləndə ki, onlar yanımdadırlar, mənə çıxış etmək asan olur, hərçənd heç həyəcanlanmadım".
A.Atakişiyeva turnirdə 3 qızıl medal qazandığına görə çox sevindiyini bildirib: "Öz çıxışımdan çox razıyam. Daha çox məşq edəcəyəm ki, həmişə birinci yeri tutum".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru