Qəbələdə cüdo hakimləri üçün seminar keçirilib

20-08-2018, 07:20           
Qəbələdə cüdo hakimləri üçün seminar keçirilib
Azərbaycan Cüdo Federasiyası tərəfindən mütəmadi olaraq məşqçi-müəllimlər və hakimlər üçün seminarlar təşkil olunur.

“Report” xəbər verir ki, növbəti belə bir tədbir Qəbələdə baş tutub.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ölkə birinciklərini idarə edən hakimlər, eləcə də “Şimal bölgəsi” regionunun məşqçi və müəllimləri üçün seminar keçirilib. Seminarda Hakimlər Komitəsinin üzvləri Tərlan Həsənov, Telman Əhmədli, beynəlxalq dərəcəli hakimlər Mətin Rəhimli, Arzu Acalova iştirak edib.

Seminarda gün ərzində həm nəzəri, həm də tatamidə praktiki məşgələlər keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru