Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib

27-01-2019, 09:54           
Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib
Zaqatalada 38 yaşlı qadın intihara cəhd edib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Lahıc kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Gülşən Muxtar qızı Balabəyeva yaşadığı ünvanda ailə münaqişəsi zəmnində intihar etmək məqsədi ilə bir-neçə dərman qəbul edib. G. Balabəyeva yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, həkim müdaxiləsindən sonra G. Balabəyevanın vəziyyəti stabilləşib, müalicəsi Reanimasiya şöbəsində aparılır. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru