Məktəbdə biabırçı olay – Valideynlər üsyan etdi

27-01-2019, 10:10           
Məktəbdə biabırçı olay – Valideynlər üsyan etdi
Rusiyanın Ulyanovsk şəhərində orta məktəbdə 9 yaşlı oğlana qarşı təcavüz hadisəsi baş verib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, hadisə yanvarın 22-də baş verib.

Təcavüzkar hadisə yerindən qaçsa da, məktəbdə quraşdırılmış müşahidə kameralarına düşüb.

Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilmiş şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Onun analoji əməllərinə görə 2012-ci ildə də məhkumluq həyatı yaşadığı bildirilir.

Hadisəni eşidən rayon sakinləri cinayətkarın ən ağır cəzaya məhkum edilməsini istəyiblər.

Hazırda törədilmiş cinayətin bütün hallarını müəyyənləşdirmək məqsədi ilə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İstintaq orqanı saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə təqdimat göndərəcək.

Faktla bağlı cinayət işinin araşdırılması davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru