Samuxda gənc oğlan özünü tüfənglə vuraraq öldürüb

27-01-2019, 12:30           
Samuxda gənc oğlan özünü tüfənglə vuraraq öldürüb
Samux rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Poylu kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü Alıyev Nürəddin Mülayim oğlu yaşadığı evdə ov tüfəngi ilə özünü vuraraq öldürüb. İntiharın səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.