Azərbaycanın məşhur idmançısı qripdən öldü

27-01-2019, 21:02           
Azərbaycanın məşhur idmançısı qripdən öldü
Qaydasız döyüş ustası, tanınmış azərbaycanlı idmançı Xamis Məmmədov vəfat edib.

Bu barədə məlumatı BakuPost-a mərhumun yaxınları verib. Bildirilib ki, məşhur döyüşçü bir müddət imiş qripdən əziyyət çəkirmiş və xəstəxanada müalicə olunurmuş.

35 yaşlı idmançının vəziyyəti qəfildən ağırlaşıb və bu gün gözlənilməz şəkildə dünyasını dəyişib.

Mərhumun meyiti dəfn edilmək üçün doğulduğu Sabirabad rayonuna aparılıb.

Qeyd edək ki, Xamis Məmmədov son vaxtlar müzakirə olunan idmançılardan idi. O, Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idmançı kimi tarixə düşüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru