Haaqada yaşayış binasında partlayış baş verib

27-01-2019, 21:16           
Haaqada yaşayış binasında partlayış baş verib
Niderlandda partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə yerli “RTL News” portalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbində, Haaqada qeydə alınıb. Bildirilir ki, partlayış nəticəsində 3 ev dağılıb. Dağıntıların altında insanların qala biləcəyi ehtimal edilir.

Yerli yanğınsöndürmə xidmətinin əməkdaşı bildirib ki, hadisəyə qaz sızması səbəb ola bilər.

Daha əvvəl Niderlandın Brabant əyalətinin Helmond şəhərində naməlum şəxsin maşına atəş açması nəticəsində 15 yaşlı gənc və 2 yaşlı qız yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.