“Əli Abbasov işdən çıxarıldığını eşidəndə...” - Nazirlikdən açıqlama

13-11-2015, 12:25           
“Əli Abbasov işdən çıxarıldığını eşidəndə...” - Nazirlikdən açıqlama
Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi ilə vidaşalaraq iş otağını tərk edib.

Bu barədə AzVision.az-a nazirliyin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, eks-nazir Əli Abbasov nazir vəzifəsindən çıxarılması ilə bağlı xəbəri eşidəndə işbaşında olub: “Prezidentin sərəncamından sonra Əli Abbasov işçilərlə sağollaşıb getdi”-deyə M.Əmirov bildirib.

Qeyd edək ki, Əli Abbasov ötən gün prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Onun işdən çıxarılması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Burada MTN ətrafında yaşanan məlum olaylar və nazirlikdə yol verilən ciddi nöqsanlar əsas səbəb kimi göstərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.