Rusiyada FTX-nin 6 əməkdaşı saxlanılıb 5-07-2019, 17:37 Rusiyanın paytaxtı Moskvada Federal Təhlükəsizlik Xidmətinin altı əməkdaşı saxlanılıb. FaktXəbər-in məlumatına görə, bu barədə "RBK" portalı yazıb. Məlumatda bildirilir ki, saxlanılanların 3-ü xüsusi "Alfa" bölməsində xidmət edir. Onlar 170 milyon rubulun oğurlanmasında şübhəli bilinir. Qeyd edək ki, hazırda faktla bağlı FTX-nin Xüsusi Təyinat Mərkəzində axtarışlar aparılır. Facebook-da paylaş