Neftçalada 19 yaşlı oğlan özünü asaraq intihar edib
9-07-2019, 07:30
Neftçala sakini intihar edib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Neftçala rayonunun Qaraqaşlı kəndində baş verib. Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Məlikov Həsən Qulu oğlu gecə saatlarında yaşadığı evdən bayıra çıxıb.
Evdəkilərin yatmasından istifadə edərək həyətdəki tut ağacından özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.