Bakıda yaşlı qadını bıçaqladılar

26-08-2019, 23:03           
Bakıda yaşlı qadını bıçaqladılar
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yeni Ramana qəsəbəsində təxminən, 50 yaşlı Nailə Əliyeva tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

N.Əliyevaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.(oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.