Xəzər dənizində zəlzələ baş verib 27-08-2019, 08:21 Avqustun 27-də Xəzər dənizində maqnitudası 3,6 olan zəlzələ baş verib.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:18-də qeydə alınıb.Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib. Facebook-da paylaş