Ağsuda meşə ərazisində yanğın başlayıb

27-08-2019, 08:24           
Ağsuda meşə ərazisində yanğın başlayıb
Ağsu rayonu ərazisində yenidən yanğın başlayıb.“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın rayonun Girdə kəndinin dağlıq ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Qeyd edək ki, avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru