Bakıda arvad evdən pulları götürüb qaçdı - kişi polisə dedi

27-08-2019, 10:29           
Bakıda arvad evdən pulları götürüb qaçdı - kişi polisə dedi
Bakıda kişi evindən qaçan xanımı ilə bağlı polisə müraciət edib.

Unikal.org-un məlumatına görə, 24 avqust 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov ev 59-da mənzillərin birində yaşayan 1991-ci il təvəllüdlü Abumüslümov Kamran Abumüslüm oğlu Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət edib.

Bildirib ki, həmin tarixdə saat 16:40 radələrində onunla eyni ünvanda yaşayan arvadı, 1990-ci il təvəllüdlü Səmədova Aygün Rasim qızının yaşadıqları evdən 5780 manat məbləğində nağd pul götürüb çıxaraq geri qayıtmadığını bildirib.

Müraciət üzrə Bakı şəhəri, Nizami RPİ-nin 24 PŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru