Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Teref.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.
Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.