Naxçıvanlı iş adamını belə baltaladılar – ŞOK video

11-10-2019, 12:34           
Naxçıvanlı iş adamını belə baltaladılar – ŞOK video
Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs yerli vətəndaşa hücum edib.

TEREF.AZ Axar.az-a istinadən xəbər verir ki, naməlum şəxslər hücum etdikləri adamın içərisində 50 min dollardan çox pulu olan çantasını aparıblar.

Naməlum şəxslər balta və tapança ilə hücum ediblər və arxadan yaxınlaşaraq, əvvəlcə atəş açıblar. Daha sonra isə balta ilə yaralayıblar.

Cinayətkarların hadisə yerindən "Dodge Caravan" avtomobili ilə uzaqlaşdığı vurğulanıb.

Əldə etdiyimiz məlumata görə, hücum edilən şəxs Naxçıvanın Ordubad rayonundan Mahir adlı iş adamıdır. 30 yaş civarında olan Mahir başından güllə və balta yarası ilə çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda komadadır.

Mahirə tacik əsilli cinayətkar qruplaşmanın hücum etdiyi ehtimalı olsa da, hələ ki, bu versiyanı təsdiqləyən fakt yoxdur.

Polis isə cinayətkarların saxlanılması üçün hərəkətə keçib.

Mahirə hücumun görüntüsü bankın önündəki kameralara düşüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru