Çılpaq qız binanın 14-cü mərtəbəsindən yıxıldı, sağ qaldı

3-12-2019, 19:05           
Çılpaq qız binanın 14-cü mərtəbəsindən yıxıldı, sağ qaldı
Rusiyanın Peterburq şəhərində çılpaq qız binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin üzərinə düşüb. O, ağır vəziyyətdə yerli xəstəxanaya çatdırılıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Operativnoe prikrıtye” xəbər verib.

Qız ağır kəllə-beyin travması, həmçinin, sinə, onurğa, çanaq sümüklərinin və sağ budun qapalı sınığı travması alıb. Onun komada olduğu vurğulanır.

Bildirilir ki, qız yeniyetmələrin işi ilə bağlı xidmətdə psixiatrın nəzarətində olub.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Qızın səkkizinci sinif şagirdi olduğu bildirilir. Hadisə baş verən vaxt anası yatıbmış.
/milletinsesi.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru