Gəncədə qadın toyda dünyasını dəyişib

2-01-2020, 00:00           
Gəncədə qadın toyda dünyasını dəyişib
Gəncə şəhərində toyda bədbəxt hadisə baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən “Dan Ulduzu” restoranında qeydə alınıb.

Toy zamanı 1946-cı il təvəllüdlü Gülcahan Süleymanovanın halı qəfil pisləşib və qadın dünyasını dəyişib.

İlkin məlumata görə, yaşlı qadın ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.