“285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” - MSK sədri

4-01-2020, 12:25           
“285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” - MSK sədri
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 nəfər müraciət edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2066 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 1903 nəfəri isə imza vərəqələrini götürüb, 580 nəfər dolduraraq qaytarıb, 285 nəfər isə qeydə alınıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru