Rusiyalı qadın lotereyadan 1 milyard uddu

9-01-2020, 20:07           
Rusiyalı qadın lotereyadan 1 milyard uddu
"Stoloto" lotereyasında bir milyard rubl qazanan rusiyalı qadının adı açıqlanıb.

Cebhe.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Moskva etrafında yaşayan Nadejda Bartoşa 31 dekabrda ad gününə lotereya bileti hədiyyə edilib və o, Yeni il tətilindən sonra yanvarın 9-da dövlət lotereyasının "Ən varlı qalibi" olub.

Bartoş uduşu rəsmiləşdirmək üçün lotereya mərkəzinə həyat yoldaşı və qızı ilə gəlib.

Qeyd edək ki, qalib öz uduşunu ilin birinci yarısına qədər götürə bilər, əks təqdirdə məbləğ dövlət büdcəsinə keçəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru