Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21-01-2020, 20:46           
Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb
Təhsil Nazirliyi 5 və 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə qış tətilinin hansı tarixlərdə olacağını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayacaq. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Orta məktəblərdə 6 günlük tədris həftəsi ilə oxuyan şagirdlər üçün tətildən sonra ilk dərs günü fevralın 1-də, 5 günlük dərs həftəsi ilə oxuyan şagirdlər üçün fevralın 3-də olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru