Azərbaycanda şadlıq evinin tavanı uçdu: ölən var

21-01-2020, 20:59           
Azərbaycanda şadlıq evinin tavanı uçdu: ölən var
Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.
Teref.az trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki “Aygün” şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru