“Azərbaycan üzərindən narkotiklərin qeyri-qanuni daşınma marşrutlarında dəyişiklik yoxdur”

15-12-2015, 15:54           
“Azərbaycan üzərindən narkotiklərin qeyri-qanuni daşınma marşrutlarında dəyişiklik yoxdur”
Bu il Azərbaycan üzərindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni daşınma marşrutlarında dəyişiklik müşahidə olunmayıb.
APA-nın məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İş Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib.

F. Şahverdiyev bu marşrutlarda hər hansı dəyişiklik olarsa, bunun Dövlət Komissiyasının rəsmi səhifəsində yerləşdiriləcəyini deyib.

Qeyd edək ki, hazırda Dövlət Komissiyasının rəsmi saytında narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan ciddi işlər nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələr tərəfindən İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa, İran-Azərbaycan-Rusiya-Ukrayna marşrutları ilə narkotiklərin daşıması hallarının aşkar edildiyi qeyd olunub.

Keçən il də narkotiklərin qeyri-qanuni daşınması ilə bağlı bu marşrutlar qeyd edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru