ABŞ vətəndaşı Azərbaycanın ədliyyə nazirinə müraciət edib

16-12-2015, 13:12           
ABŞ vətəndaşı Azərbaycanın ədliyyə nazirinə müraciət edib
ABŞ vətəndaşı Aynur Günişık ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. A.Günişık nazirdən hazırda Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılan qardaşı, Azərbaycan vətəndaşı Rauf Sultanovun durumu ilə bağlı məsələni şəxsi nəzarətinə götürməsini xahiş edir:

“Qardaşım anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkir. 1-ci qrup ömürlük əlildir. Daima kənar şəxsin qulluğuna möhtacdır. Onu bu il dekabrın 3-də saxlanıldığı 3 saylı istintaq təcridxanasından müalicə müəssisəsinə köçürüblər. Dekabrın 14-də isə Raufu baş həkim yanına çağırıb və deyib ki, nevropatoloq qardaşımın istintaq təcridxanasında kamera şəraitində saxlanıla bilməsi haqda rəy yazıb. Qardaşımı istintaq təcridxanasına qaytarmaqla onun mümkün epilepsiya tutmaları zamanı səhhətinin ağırlaşmasına gətirib çıxara bilməsi ehtimalı çoxdur. Qanunun tələbinə görə qardaşımın kateqoriyasında olan məhkumlar müalicə müəssisəsinin müvafiq şöbəsində stasionar şəraitdə saxlanılmalıdırlar. Cənab nazir, qardaşımı qanuna əməl etmədən istintaq təcridxanasına qaytarmaq istəyirlər. Sizdən xahiş edirəm ki məsələni nəzərətdə saxlayın”.

Qeyd edək ki, ailə üzvləri və vəkili hesab edir ki, R.Sultanov saxta ittihamla üz-üzə qalaraq həbs olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.