Dövlət büdcəsində 51 milyon manatlıq kəsir yarandı

16-12-2015, 13:44           
Dövlət büdcəsində 51 milyon manatlıq kəsir yarandı
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 13 874,1 mln. manat, xərcləri 13 925,3 mln. manat təşkil edib, büdcənin icrasında 51,2 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,1%-i qədər kəsir yaranıb.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, daxilolmaların 19,1%-i əlavə dəyər vergisi, 13,9%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,4%-i fiziki şəxslərin gəlir vergisi, 3,9%-i aksizlər, 7,2%-i digər vergilər, 49,5%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 39,0%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsi, 11,5%-i sosial müdafiə və sosial təminat, 8,0%-i təhsil, 3,7%-i səhiyyə sahələri, 37,8%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru