Prokuror Rauf Mirqədirova 7 il iş istədi

16-12-2015, 13:49           
Prokuror Rauf Mirqədirova 7 il iş istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova qarşı növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, bu günkü prosesdə dövlət ittihamçısı çıxış edib. O, Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokurorun çıxışından sonra proses başa çatıb. Proses dekabrın 23-də məhkəmə çıxışları ilə davam etdiriləcək.
Xatırladaq ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.
İl yarım jurnalist həbs müddətinin uzadılması yolu ilə həbsdə saxlanılıb. Jurnalistin ittiham olunduğu ağır maddə üzrə onu ömürlük və ya 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Yerli və beynəlxalq hüquq təşkilatları onu vicdan məhbusu kimi tanıyırlar. Mirqədirov ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.