Putini niyə türk jurnalistlərlə görüşmək istəmədi? - Kremldən açıqlama

17-12-2015, 13:17           
Putini niyə türk jurnalistlərlə görüşmək istəmədi? - Kremldən açıqlama
Ankara ilə Moskva arasında münasibətlərin pisləşməsindən sonra türk jurnalistlərin Rusiya prezidentindən müsahibə götürmək xahişləri olub. Amma buna ehtiyac olmayıb. Çünki Putin Türkiyə ilə bağlı öz mövqeyini aydın deyib.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib.

“İntervü barədə xahişlər olub. Kifayət qədər çox türk KİV-i prezidentdə öz mövqeyini bildirmək üçün imkan vermək istəyib. Məsələ ondadır ki, mövqe aydın ifadə edilib, əsaslandırılıb, bu məsələ üzrə çox ciddi bəyanatlar olub. İntervüyə ehtiyac yox idi” – deyə Peskov bildirib.

Bununla yanaşı o, qeyd edib ki, türk jurnalistlər Putinin mətbuat konfransına akkreditasiya alıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru