"Saakaşvilinin Ukraynada işləməsi Ukrayna xalqının üzünə tüpürməkdir " - Putin

17-12-2015, 16:13           
"Saakaşvilinin Ukraynada işləməsi Ukrayna xalqının üzünə tüpürməkdir " - Putin
"Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır". APA-nın məlumatına görə, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransinda çıxış edib.

O, hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər görüdüyünü deyib: "2008-ci il hadisələrindən sonra bizim münasibətlərimizdə deqredasiya baş verdi. Bu hadisələrin baş verməsinin məsuliyyəti isə birbaşa o vaxtkı prezident Mixail Saakaşvilinin üzərinə düşür. Məhz onun yol verdiyi avantüra nəticəsində vaziyyət bu yerə gəldi, Gürcüstanın ərazilərinin bir hissəsini itirdi.

Təsəvvür edin ki, indi həmin adam Odessanın qubernatoru vəzifəsindədir. Saakaşviliyə ABŞ-a işçi vizası vermədirlər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da hazırda orada aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edəcək adamlar göndərir. Bu isə Ukrayna xalqının üzünə tüpürməkdir".

V. Putin deyib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Gürcüstan onlarla danışıb razılığa gəlməlidir: "Biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru