Həbsi xəbəri yayılan generalın bankir qohumu DANIŞDI - "ABB-Moskva"nın Peterburq filialının yoxlanılması bankın əməkdaşları ilə bağlı deyil

17-12-2015, 20:54           
Həbsi xəbəri yayılan generalın bankir qohumu DANIŞDI - "ABB-Moskva"nın Peterburq filialının yoxlanılması bankın əməkdaşları ilə bağlı deyil
"ABB-Moskva"nın Sankt-Peterburqdakı filialı fəaliyyətini əvvəlki rejimdə davam etdirir. Bunu Trend-ə filialın direktoru Yaşar Səfərov deyib.

O bildirib: "Hüquq-mühafizə orqanları əməkdaşlarının bankın filialına gəəlməsi müştərilərimizdən biri ilə bağlı olub. Bunun işçilərimizlə heç bir əlaqəsi yoxdur".

Bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli Trend-ə bildirmişdi ki, Sankt-Peterburq polisi bankın keçmiş müştərilərindən birinin arxiv sənədlərini əldə etmək üçün "ABB-Moskva"nın Sankt-Peterburqdakı filialında olub. Onun sözlərinə görə, bankın Peterburq filialı hazırda işini normal rejimdə davam etdirir və fəaliyyətində hər hansı problem müşahidə edilmir.

Rusiya mətbuatının yazdığına görə, bu gün Sankt-Peterburqda "ABB-Moskva" bankının filialının ofisində axtarış aparılıb. Cinayət işi çərçivəsində aparılan bu tədbirlər pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru