Azərbaycanda işsizlərin sayı açıqlandı - 29 000 cəmii

17-12-2015, 22:28           

2015-ci il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 907,8 min nəfər olub, onlardan 4 milyon 672,8 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib

teref.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.

2015-ci ilin yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 152,1 saat təşkil edib.

2015-ci il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarıtərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər olub, onların 38,6%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 268,5 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru