İraqda naməlum şəxslər tərəfindən girov götürülən ovçulardan doqquzu xilas ola bilib.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu haqda məlumatı yerli polis yayıb.
Verilən məlumata görə, hazırda Küveytdə saxlanılan digər girovların taleyi barədə heç bir məlumat yoxdur. İraq təhlükəsizlik qüvvələri onların axtarışını davam etdirir.
Xatırladaq ki, daha öncə Qətər XİN-i vətəndaşlarının oğurlanması haqda bəyanat yayıb. Oğurlananların 26 şəxsin içində kral ailəsinin üzvlərinin də olduğu bildirilir.