“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə Texas ştatında baş verib. Hyustonda şəhərindəki bazarda silahlı insident zamanı bir neçə nəfər xəsarət alıb.
Hyuston dairəsinin şerifi Ed Qonsales 7 nəfərin odlu silahdan açılan atəş nəticəsində yaralandığını, xəsarət alanların xəstəxanaya aparıldıqlarını bildirib. Onun sözlərinə görə, hadisə yerində 1 nəfər saxlanılıb.