SON DƏQİQƏ! Bakıda yaşayış binası yanır

24-02-2020, 11:47           
SON DƏQİQƏ! Bakıda yaşayış binası yanır
Yaşayış binasında yanğın hadisəsi baş verib.

Teref.az xəbər verir ki, yanğın Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində olan binalardan birində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Bina ətrafına maşınların girişi bağlanıb.

Bina sakinlərinin verdiyi məlumata görə, yanğın zamanı evdə 3 uşaq olub.

Daha sonra 2-si xilas edilib, 1-nin isə hələ də yanğın baş verən mənzildə qaldığı bildirilib.

Binada qaz olmadığı qeyd edilib. Yanğının baş vermə səbəbi açıqlanmayıb. (yenicag.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru