Sərhəd xidmətinin əsgəri güllə yarasından öldü

18-12-2015, 12:25           
Sərhəd xidmətinin əsgəri güllə yarasından öldü
Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin əsgəri güllələnib. Lent.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında sərhəd xidmətində olarkən 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Yusifov Elnur Şövkət oğlu dekabrın 16-da, saat 15:45 radələrində silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunmuş avtomat silahdan açılan təsadüfi atəş nəticəsində vəfat edib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.