"Atamın ölümündə eks nazirin əli var" — Bakıda ŞOK İDDİA (VİDEO)

25-02-2020, 12:30           
"Atamın ölümündə eks nazirin əli var" — Bakıda ŞOK İDDİA (VİDEO)
Demokrat.az xəbər verir ki, bu sözləri Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Olar? Olmaz!» verilişində Niçat adlı şikayətçi bildirib.

Onun sözlərinə görə atası Nobel prospektində yolu keşərkən eks xarici işlər naziri Tofiq Zülfüqarov onu avtomobili ilə vuraraq yola atıb. Daha sonra digər avtomobil onun üstündən keçib. Nicat atasının ölümündən bəri məhkəmələrdə olduğunu amma heç kimin cəzalanmadığını bildirib.

«Atam ölən günündən bu yana bir dəfə də olsun Tofiq bəy nə zəng edib nə gəlib ziyarət edib. Məhkəmə obiri sürücüyə bəraət verib. Haqlı olaraq. Amma Tofiq Zülfüqarov barəsində isə heç bir tədbir görmür» deyə mərhumun oğlu bildirib.

Amil Xəlil hadisə ilə bağlı Tofiq Zülfüqarovla əlaqə saxlayıb. Keçmiş nazir «qərarı məhkəmə verəcək. Qərar da var. Mən heç kəsi yada salan deyiləm» deyərək qısa açıqlama verib.

Həmin anlarıtəqdim edirik. Qeyd edək ki, Tofiq Zülfüqarov Azərbaycan Respublikasının 4-cü Xarici İşlər naziri olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru