MSK Yadigar Sadıqlının şikayətinə baxılmasını təxirə saldı - Səbəb
25-02-2020, 16:57
MSK-nın iclasında 72 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizəd Yadigar Sadıqlının şikayətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, MSK üzvü Ramiz İbrahimov bildirib ki, şikayətçi ilə əlaqə saxlanılıb və o, Lənkərandan Bakıya gəldiyini, yolda olduğunu və iclasda iştirak etmək istədiyini bildirib.
MSK bu şikayətə baxılmasını Yadigar Sadıqlı iclasa yetişənədək təxirə salıb.