Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ
27-02-2020, 11:14
“Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə 10 pasiyent yerləşdirilib”.
Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin beşi İtaliyadan gəlib: “Onlardan biri İtaliya, dördü Gürcüstan vətəndaşıdır. Beş nəfər isə İrandan gələn şəxslərdir və onların biri Gürcüstan, dördü isə Azərbaycan vətəndaşıdır”. (report)