"Baron Şəmi" ləqəbli narkobaron və oğlu güllələnərək öldürüldü

27-02-2020, 16:04           
"Baron Şəmi" ləqəbli narkobaron və oğlu güllələnərək öldürüldü
Yardımlıda ata və oğlu güllələnib.

Teref.az xəbər verir ki, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.

Yardımlıda güllələnən şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onlar Masallı rayon sakinləri – Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur.

Hər iki şəxsin aldıqları güllə yarasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Güllələnənlərdən biri “Baron Şəmi” ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru